Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. - Anri Barbüs Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir. - İvan Turgenev Məhəbbət bütün ürəkləri açan açar kimidir. - Aleksandr Pop Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. - Hafiz Xarəzmi Məhəbbət, başqa şəxsə xoşbəxtlik arzulamaqdır. - Devid Yum Məhəbbət insanların bir-birinə bəxş etdiyi xoşbəxtlikdir. - Jorj Sand məhəbbət – həyat yaradır. Özünü sevmək, ömür boyu sürəcək bir məhəbbətin başlanğıcıdır. - Oskar Uayld Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. Məhəbbət – ölümsüz olaq cəhdidir. (Məhəbbət – ölümsüzlüyə can atmaqdır.) - Sokrat Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür. - Platon Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir. Məhəbbət, əvəzində heç bir şey gözlənilmədiyi yerdə başlayır. - Antuan de Sent-Ekzüperi Eşqin ən şirin hiss...