Ana içeriğe atla

Məna Haqqında Aforizmlər, Mənaya Aid Sözlər

arzular-mena-haqqinda-menali-arzu-heyata-aid-sozler-sevgi-esq

 Hamımız həyatımızda bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik.

- Murathan Mungan


Özündə bir məna axtaran yeganə varlıq insandır.

- Alber Kamü 


Böyük insanlar həyatın mənasını   özündə, kiçik insanlar isə özgələrində axtarır.

- Sufi hikməti


 Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək.

- Aristotel


Arzular, həyata məna verir.

- Anatol Frans


Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. 

- A.Bek


Kamil insan üçün sevmək və öyrənmək həyatın əsas amalı və mənası olduğu halda, cahil üçün bu əylənmək, yemək və digər heyvani ehtiyaclar ola bilər.

- Səbuhi Quluzadə


 Həyatı onun mənasından artıq sevmək lazımdır.

- Fyodor Dostoyevski


Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir.


Həqiqi məşuqun surəti yoxdur; sevilən onun mənasıdır. 

- Cəlaləddin Rumi


Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap.

- Mövlana Cəlaləddin Rumi


Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır. ... 

- Maksim Qorki


İnsan dünyanı necə mənalandırırsa, elə də dərk edir.

 - Əbu Turxan


Həyata məna verən – anın dəyərləndirilməsidir. 

- Əbu Turxan


Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər.



İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır.

 - Əbu Turxan


Həyat naminə həyatın mənasını itirmək olmaz.

 - Yuvenal


Həyatın mənasını bilməyən insan bədbəxtdir.

- Blez Paskal


Bir saatlıq bir vaxtı belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını qavraya bilməmiş deməkdir. 

- Çarlz Darvin


Sən özünü bilirsənsə, bil ki, özünü bilməzlərin söylədikləri mənasızdır. Unutma gərəksiz tənqid yalnız gizli heyranlıqdır.

- Çingiz Aytmatov


 Az sözün incitək mənası solmaz, Çox sözün kərpictək qiyməti olmaz.

- Nizami Gəncəvi


 Edilmiş şeylər haqqında danışmaq lazımsızdır, keçmişi ayıblamaq da mənasızdır.

- Konfutsi


Getmə zamanı gəlmişsə 'dayan' demənin; vaxt keçmişsə 'qayıt' deməyin və eşq bitmişsə 'yenidən' demənin; heç bir mənası yoxdur.

- Q. Marquez 


Ən mənalı baxış, bir cüt yaş gözdə gizlidir. Çox şey izah edər; Çünki dil bağlanar, ürək danışar .

 - Milan Kundera


 Ən gözəl şeirlər, mənalarını oxucunun ruhundan alan şeirlərdir.

- Əhməd Haşim


 Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil.

- Mövlana Cəlaləddin Rumi


Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. 

- Lunaçarski


Sözün formasına aludə olanda məna kölgədə qalır. 

- Əbu Turxan


Şərəfli insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör.

- Denis Fonvizin


Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat da , tarix də itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. 

- Henri Toro


Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür

- Maksim Qorki


Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir.

- Əbu Turxan


Oxuyaraq öyrəndiklərin nə sənə nə də ki ətrafına bir fayda vermirsə, onda daha çox oxumağın bir mənası yoxdur.

- Səbuhi Quluzadə


 Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir.

- Mövlana Cəlaləddin Rumi


Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur.


Həqiqət eşqdə nazil olsa da, Hərf və məna libasına büründü. 

- Ənvar Qasimi


Hər əqlə sığışan hünər, bilikdən

  Bir məna çıxarır mənanı bilən.

- Nizami Gəncəvi


İnsanlar din, məzhəb, irq, millət , rəng, mövqe və sinif fərqi qoymadan sevilməyə layiqdirlər. Madam ki, insanlar ruh yönü ilə Allahdan gəlməkdədirlər, elə isə insanlar heç bir şəkildə bir-birlərindən bu mənada ayrılmazlar.

- Yunus Əmrə


Həyatı itirməkdən daha acı bir şey vardır: "Həyatın mənasını itirmək."


Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur...

- Sartre 


Gerçək həyatdan qaçan və mənasız mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur.

- Nazım Hikmət


Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...