Ana içeriğe atla

Vərdişlər Haqqında Aforizmlər, Vərdişlərə Aid Sözlər

yaxsi-verdis-haqqinda-aforizmler-pis-verdisler-verdis-qazanmaq-heyatini-deyismek

Öncə biz vərdişlərimizi yaradırıq, daha sonra isə bu vərdişlər bizi yaradır, formalaşdırır.

- Con Drayden 


Duyğu və düşüncələrin təkrarı vərdişləri, vərdişlər isə gələcəyimiz yaradır.

- Səbuhi Quluzadə


Düşüncələrinizə diqqət edin,

duygularınıza çevrilər...

Duygularınıza diqqət edin, davranışlarınıza çevrilər...

Davranışlarınıza diqqət edin,

vərdişlərinizə çevrilər...

Vərdişlərinizə diqqət edin, 

dəyərlərimizə çevrilər...

Dəyərlərinizə diqqət edin, 

xarakterinizə çevrilər...

Xarakterinizə diqqət edin, taleyimizə çevrilər...

- Mahatma Qandi 


Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur...

- Benjamin Dizraeli


Vərdiş bir kəndirə bənzər; hər gün onun incə bir ipini hörər və sonra da onu qoparılmayacaq qədər güclü hala gətirərik.

- Horeys Man 


Madam ki, vərdişlərimiz həyatımızın ən əsas hakimləridir, elə isə yaxşı birini hakim etməyə çalışmalıyıq.

- Frensis Bekon


Həyat vərdişlərdən ibarətdir. Elə vərdişlərə yiyələnməliyik ki, həyatımız gözəl olsun.

- Oldos Haksli


Tərbiyə- yaxşı vərdişlərin mənimsənməsidir.

- Platon 


İnsan, vərdişlərinin uşağıdır.

- İbn-i Haldun 


Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.

- Konfutsi


Pis vərdişlər bədbəxtliyə, yaxşı vərdişlər xoşbəxtliyə yol açır.

- Anonim 


Çalışmaq bizi bu üç şeydən qurtarar: Can sıxıntısından, pis vərdişdən, yoxsulluqdan.

-  Volter


Yaxşı iş səylə olur, amma səy bir neçə dəfə təkrarlanırsa, eyni iş vərdiş halını alır.

- Lev Tolstoy


Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər.

- Tur Xander 


İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. 

- Hind atalar sözləri


Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.

- Fyodor Dostoyevski


Hər bir şəraitdə pozitivi axtarmağı vərdiş halına gətirsən, həyat keyfiyyətin ən yüksək səviyyəsinə çatacaq. 

- Robin Şarma


İnsan hər bir şəraitə vərdiş edə bilər.

-  Rual Amundsen


İnsan bir işə etsə vərdiş, çətin olsa belə görulər bu iş. 

- Nizami Gəncəvi


Vərdiş edilmiş davranışlar sevgi sayəsində gözəl olur.

- Persi Biş Şelli


 Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar.

- İmmanuel Kant


Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir

- Deni Didro 


Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin. 

- Volter 


Bizi öldürən qocalıq deyil, pis vərdişlərdir.

- Hiplokrat


Axmaq vərdişləri sabah yox, bu gün dəf etmək olar.

- Konfutsi 


Əgər evlənənlər nikaha girməmişdən qabaq bir-birinin xasiyyətlərini, vərdişlərini və xarakterlərini bilmirlərsə, belə nikahı xoşbəxt saymaq olmaz.

- Onore de Balzak


Sevgi - bu nə vərdiş, nə güzəşt, nə də şübhə deyil. Bu romantik musiqinin bizə öyrətdiyi deyil. Sevgi-var... Dəqiqləşdirilməyə və təyin edilməyə ehtiyacı yoxdur. Sev və soruşma. Sadəcə sev

- Paulo Koelyo


Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır.

- Frensis Bekon


İnsanlar bütün işlərini daha sonraya təxirə salaraq yaşamağa vərdiş edib. Bəlkə də, onlar elə düşünür ki, ölümsüzdürlər və əbədi olaraq yaşayacaqlar.

- Xorxe Luis Borxes 


Müşayiət etməyə vərdiş edən heç vaxt qabaqda olmayacaq.

- Mikelancelo


Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir.

- İbn  Xəldun 


Vərdişə çevrilmiş əməllərə görə   insan heç vaxt vicdan əzabı çəkmir.

- Volter


Həqiqəti demək iradənin yox, vərdişin işidir.

- Mark Avreli 


İnsan yalana vərdiş etdikdə, ağıl və istedad onu tərk edir. 

- B.Q.Belinski


Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. Və nə vaxtsa daha buna da dözə bilmir.

- Əbu Turxan


Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər. 

- Aristotel


Qanlı düşmən bizi qorxudur ki, ürəyimiz alçaq itaətə vərdiş eləsin.

- Babək filmi


Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar.

- Sokrat


Çox şey insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişdəki örnəklər, adət və ənənələr, vərdişlər: bütün bunların məcmusu olaraq xalqın ruhu yaranır.

- Şarl Lui Monteskyö


Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi vərdiş etdir özünə, o zaman qüsursuz olarsan. Oxumasını bilirsənsə hər insanın bir kitab olduğunu görə bilərsən.

- Deni Didro


Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...