Ana içeriğe atla

Yalançı Haqqında Atalar Sözləri

yalanci haqqinda atalar sozleri,Yalançıya Aid Atalar Sözləri,Yalançı Haqqında Atalar Sözləri,yalanciya aid atalar sozleri,
Yalançı Haqqında Atalar Sözləri



Xəbərçi yalançı olar, yalançı xəbərçi. - Atalar sözü.

Qorxu adama yalan dedirdər. - Atalar sözü

Acgöz, yalançı toruna düşər. - Atalar sözü

Yalançının üzü qara olar.- Atalar sözü

Yalançı, özünün düşmənidir. - Atalar sözü

Yalançı tamahkarı aldadar. - Atalar sözü

Yalançı kimdir: - Hər eşitdiyini danışan.- Atalar sözü

Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.- Atalar sözü

Yalançı kimdir: - Hər eşitdiyini danışan. mənzilinədək qov! - Atalar sözü

Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.- Atalar sözü

Yalançının evi yandı, heç kəs ona inanmadı - Atalar sözü

Dil yalançı olunca, lal olsa yaxşıdır. - Atalar sözü.

Kim çox səbəb söyləyirsə, o çox yalan danışır - Rus Atalar Sözü

Yalançının yaddaşı olmaz.- Atalar sözü

Yalan danışan hamını qanmaz bilər.- Atalar sözü

Yalançı adamın dostluğuna dözən özü də yalançıdır. - Ərəb atalar sözü 

Yalançını sözündən yox gözündən bil.- Atalar sözü

Yalançının mənzili olmaz.- Atalar sözü

Yalançının yanında oturma.- Atalar sözü

Yalançıya Aid Atalar Sözləri,Yalançı Haqqında Atalar Sözləri,yalanciya aid atalar sozleri


Yalançı Haqqında Atalar Sözləri


Yalançı çox yanılar.- Atalar sözü

Yalançının dili topuq vurar.- Atalar sözü

Yalançının ipiylə quyuya düşən quyuda qalar.- Atalar sözü

Yalançı şahidi uzaqda istər.- Atalar sözü

Yalançı çox and içər.- Atalar sözü

Yalançı Allahın düşmənidi.- Atalar sözü

Ağıllı imandan, yalançı böhtandan yapışar.- Atalar sözü 

Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar. - Ərəb atalar sözü 

Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.- Atalar sözü

Çox yalan danışan özünə də inammaz.- Atalar sözü

Yalançının yanında doğru yalançı olar.- Atalar sözü

Yalançı dəniz dibində də gizlənə bilməz. - Osetin atalar sözü

Yalançının şahidi çox, arasanda heç biri yox.- Atalar sözü

Yalançının işığı yarıyacan yanar.- Atalar sözü

Alimin biliyindən, yalançının dilindən yapışarlar. - Atalar sözü

Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır. - Atalar sözü

Doğru deyən olsaydı, yalançı usanardı avara qalanlar dəxi bir söz də qanardı. - Atalar sözü

Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. - Türkmən atalar sözü atalar sözü

Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...