Ana içeriğe atla

20 Yanvar Şeirləri

20 Yanvara aid seirler,20 Yanvar Şeirləri,20 Yanvar Haqqında Şeirlər,20 Yanvar haqqinda seirler


 20 Yanvar Günü 

Qəsdimizə durdular,

Sinəmizdən vurdular,

Günahsızdıq, qırdılar-

İyirmi yanvar günü!

 

Geriyə çəkilmədik,

Qorxu nədir bilmədik,

Şəhid olduq-ölmədik –

İyirmi yanvar günü!

 

Neçə-neçə qəhrəman,

Susduruldu həmin an,

Küçələrdə axdı qan-

İyirmi yanvar günü!

 

Bəla var başımızda

Dil açdı daşımızda

Qaldı yaddaşımızda

İyirmi yanvar günü

Müəllif: Əli Vəkil


Şəhidlər

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.


Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.


O şənbə gecəsi, o qətl günü, –

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü şəhidlər.


Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.


Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi şəhidlər.


Bilirik, bu bəla nə ilkdi, nə son,

Ölürkən uğrunda bu ana yurdun.

Quzu cildindəki o qoca qurdun,

Doğru, düz cildini çəkdi şəhidlər.


Dözdü hər zillətə, dözdü hər şeyə,

"Dünyada mənim də haqqım var”, – deyə

Kütləni xalq edən müqaviləyə

Qanıyla qolunu çəkdi şəhidlər.


İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.



20 Yanvar Şəhidləri Haqqında

On doqquz yanvarda doğum evləri

Ölümdən, qırğından xəbərsiz idi.

O gün Bakımızda axşamdan bəri,

Ölüm ilə həyat üzbəüz idi.

 

Güllə səslərini çağa səsləri,

Batırdı o gecə, şükür allaha!

Doldu şəhidlərin boşalan yeri,

Naşükür olmayaq, vallah, bir daha!

 

Gedən oğulların, axan qanların,

Əvəzi su səpdi yanan qəlbimə,

O şənbə gecəsi doğulanların,

Onundan doqquzu oğlanmış demə.

 

Zalimin zəfəri başdan qələtdir,

Zamanın səsini biz də dinlərik.

Dünya gücümüzə yaxşı bələddir,

Hələ biçilməmiş əkilənlərik!

Müəllif: Bəxtiyar Vahabzadə

Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...