Ana içeriğe atla

Ədəbiyyat Haqqında Aforizmlər Və Sözlər

 

Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. - Dədə Turxan

Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. - Dədə Turxan

Elmi ədəbiyyat insanları   nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və   bayağılıqdan xilas edir.  -   N.Q.Çernışevski

Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də vardır. Bu, ədəbiyyat və incəsənətdir. - Dədə Turxan

Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı. - Rabindranat Taqor

Kişilər şeir yazarkən qadınların gözəlliyindən ilham alarlar.qadınlar eşq şeiri yazacaqkən isə qarşılarında kişilər vardır. - Əbdülhaq Hamid

Ədəbiyyat, insanların bir-birlərini daha yaxşı başa düşmələri  üçün bir yol, həmçinin mədəniyyətlərin birgəliyi və vəhdəti üçün əvəzolunmaz körpüdür. - Mehmed Uzun

edebiyyat-haqqinda-aforizmler-edebiyyata-aid-seir-kelam


Ədəbiyyat və şeirin məqsədi bizə insan olduğumuzu xatırlatmaqdır. - Çeslav Miloş

Poeziya ruhun musiqisidir. - Volter 

edebiyyata aid sozler ,ədəbiyyat haqqında,ədəbiyyata aid,edebiyyat haqqinda

Ədəbiyyat Haqqında Aforizmlər Və Sözlər

Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. - Frensis Bekon

Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar. - Nikolay Çernışevski

Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir.- Aleksandr Puşkin

Yaxşı bədii əsər oxucunun hislərinə, düşüncəsinə təsir edir, onu hərtərəfli zənginləşdirir.-  İlyas Əfəndiyev

Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək edir. - Fikrət Qoca

Qadınlarla bağlı edilə biləcək üç şey var; Onu sevə bilər, onun üçün əzab çəkə bilər, ya da onu ədəbiyyata çevirə bilərsən. - Henri Miller

Ədəbiyyat, bizə yaşamadığımız, yaşaya bilmədiyimiz ya da yaşayıb da fərqinə varmadığımız həyatları hədiyyə edir.- Mehmet Eroğlu

Xoşbəxt ailələrdə böyəməyən gənclər üçün ədebiyyat ən gözəl sığınacaqdır. - Əlif Şəfəq

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir. - Maksim Qorki

Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. - Səməd Vurğun

Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır. - Maksim Qorki

Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. - Sergey Kirov

Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiyyatı bilməkdir. - Mixail Kalinin 

Milləti ədəbiyyat yaradır. - Uilyam Folknel

Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.  - Uilyam Folknel

Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. - Vissarion Belinski

Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. - İlyas Əfəndiyevin

Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır. - Uilyam Folkner

Şifahi xalq ədəbiyyatını öyrənmədən zəhmətkeş kütlənin həqiqi tarixini öyrənmək olmaz. - Maksim Qorki

Ədəbiyyat millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. - Hüseyn Cavid

Gerçək mədəniyyət, ədəbiyyat və sənətdən doğur. - Muhsin Ertuğrul

Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı qədər vacib və zəruridir. - İlyas Əfəndiyev

Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat da , tarix də itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar.  - Henri Toro

Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam. - Jorj Sand

Zehnimizi ədəbiyyat dekor edir.  - Murat Menteş

Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. - Santayana

Öz gerçəyini öz sözləriylə anlayıb açıqlamaq, hər bir namuslu yazarın vicdan borcudur. - Cəmil Məric

Ədəbiyyatda oxşarlığı kopiyalamaqla əldə etmirlər. - Mark Tven

Yazıçı həqiqəti qələmə almalıdır.Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan orduları hərəkətə gətirə bilər, bir xalqı aldadıb yolundan sapdıra bilər, hətta özünü "həyat" kimiqələmə verə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. -  Uilyam Folkner

Yalnız bir siyasi sistem var ki, orada yaxşı yazıçının yaranması qeyri-mümkündür. Bu sistemin adı faşizmdir. Çünki faşizm quldurların idarə etdiyi yalançı bir cəmiyyətdir. Bu mənada yalanı ədəbiyyata gətirmək istəməyən yazıçı faşizm rejimində nə yaşaya, nə də yarada bilər. - Ernest Heminquey

Tənqid, ədəbiyyat ve sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. - Aleksandr Puşkin

Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq. - Mixail Bulqakov

Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat. - Mixail Bulqakov

Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir . - Hüseyn Cavid

Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar.

Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cəmiyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolunda canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandırıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövqmənd etməlidir. - Firidun
bəy Köçərli

Siyasət rol oynarkən, ədəbiyyat susur.  - Hüseyn Cavid

Yalana fəlsəfədə "cəfəngiyyat", ədəbiyyatda "metafora", siyasətdə "təbliğat", ticarətdə "reklam", jurnalistikada "xəbərlər" deyilir. - Ducanə Cündioğlu

Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...