Ana içeriğe atla

Arzular Haqqında Aforizmlər, Arzulara Aid Sözlər

Arzular Haqqında Aforizmlər, Arzulara Aid Sözlər

 Arzular həyata məna verir.

- Anatol Frans


Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır.

-Leopold Şefer


Arzular gələcək haqqında xatirələrdir.

- Lev Landau


Arzu - gördüklərimiz deyil, təsəvvür etdiklərimizdir.

- Paulo Koelyo


İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var.

- Əbu Turxan


Arzular, yalnız istək əmələ çevriləndə gerçəkləşir. 

- Rövşən Abdullaoğlu


Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir.

- Əbu Turxan


Ardıycan gedə biləcək cəsarətiniz varsa, bütün arzularınız həyata keçə bilər.

- Uolt Disney 


İnsanın mahiyyəti onun arzularında təzahür edir. 

- Benedikt Spinoza


Özünü Arzularının mahiyyətindən tanıya bilərsən.

- Məhəmməd İqbal


Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim. 

- Robin Şarma


İndi geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir.

- Tur Xander


Arzu fikrin atasıdır. 

- Uilyam Şekspir


Mənim fikir dünyam genişdir, Arzularım isə daha genişdir.

- Əmin ər-Reyhani 


Sevgi tikanlı kollarda doğular, arzuların himayəsi ile böyüyər, hörmətlə yaşamağa davam edər və qısqanclığın zəhəri ilə ölər.

- Calderon


Dostluq – özünə Arzuladığının digərinə Arzuladığındır; Sevgi – özünə Arzuladığından digərinə daha çox Arzuladığındır.

- I.Şevelev


Sənə yardım edənlərə yardım etməyi Arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et!


Həyatla baş edə bilmirik, yenə də sonsuz bir həyat arzulayırıq.

- Anatol Frans


Özünə arzuladığını başqasına arzulama. Bəlkə onun zövqü başqadır.

- Corc Bernard Şou


Arzunu düşünmək onu daha da çoxaltmaq deməkdir. 

- Emil Alen


Adətən, insanlar arzu etdikləri şeylərə inanmaq istəyirlər. .

- Yuli Sezar


Təriflənmək məni utandırır, çünki mən onu gizlində arzulayıram.

- Rabindranat Taqor 


Hər bir arzu sizlərə onu həyata keçirməkdə yardımcı olacaq qüvvələrlə verilir.

- Riçard Bax


Hamıdan ağıllı olmağı arzulamaqdan daha böyük axmaqlıq ola bilməz.

- Fransua de Laroşfuko


Yaxşı insanlar üçün öyrənmə arzusu təbiidir.

- Leonardo da Vinçi


Böyük ideyalar və nəcib arzular mənbəyi olan sanballı kitablar, orijinal əsərlər oxumağa çalışın. 

- Nikolay Çernışevski


Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır.

- Fridrix Nitsşe


Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir.

- Horas Mann 


Dünyanın var-dövləti elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir. Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm.... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et..

- Nəsirəddin Tusi


Ləyaqətli insan çox olmasını arzu etsə də, aza qane olur, ləyaqətsiz insan isə artıqlaması ilə alsa da, razı qalmır.

- Abay Kunanbayev


Sərvət yalnız fəzilətli, ağıllı adamlar üçün xoşbəxtlik imkanları yaradır. Buna görə də sərvət arzulamaqdan əvvəl ondan istifadə etməyi bacarmaq lazımdır.



Göydən qızıl yağsa insanın Arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır.



Arzularına sərhəd qoymayan insan azad ola bilməz.

- Epiktet


Hər kəsə layiq olduğunu vermək - ədaləti arzulayaraq, xaos yaratmaq deməkdir



Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.

- Fridrix Nitsşe


Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.

- İmam Kazım


Arzudan doğan arzular ayağı gerçəkdən üzülmüş arzulardır.


Vaxtsız çiçək açan Arzular bar verməz.


İnsan arzularının sonu olmadığı üçün, bu arzuları təmin edəcək vasitələrin də son olmamasını istəyərlər.

- Aristotel


Arzu və istəkləriniz azaldıqca sıxıntılarınız da azalacaq.


Qəlb dünya arzularından birinə bağlı qaldığı və keçici ləzzətlərdən birinin arxasına ilişib getdiyi müddətcə, mümkün deyil, axirəti sevə bilməz.

- Əbdülqədir Geylani 



Mən həqiqətin dostuyam amma heç də onun məzlumu olmağı arzuetmirəm.

- Volter


Salehlərdən birinə "Nəyi arzu edirsən?" deyə soruşduqda, "Arzu etməməyi arzu edirəm." deyə cavab verdi.

- Əbdülqədir Geylani


Xatirələriniz arzularınızdan çoxdursa, deməli qocalmısınız.

- Bill Klinton


Arzu elə bir şeydir ki, heç doymaq bilməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər.

- Aristotel 


Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et.

- Oldos Haksli

Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...