Ana içeriğe atla

Öyrənmək Haqqında Aforizmlər, Öyrənməyə Aid Sözlər

  Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.

- Anonim 

Oyrenmek-haqqinda-aforizmler-oyren-kitab-kecmis-umid-gelecek


Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər.


 Ağıllılar öz istədiklərini, ağılsızlar başqalarının istədiklərini öyrənir.

- Sədi


Başqalarından yox, daha çox özündən utanmağı öyrən.

- Demokrit


 Biz insanların qəlbini, heyvanlarla rəftarına əsasən öyrənə bilərik.

- İmmanuel Kant


  Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən önəmli özəlliyidir, davamlı öyrənmə, sarsıntılı anları geridə qoyaraq həyatda qalmağın ən əsas yollarından biridir.

- Robin Şarma


Elm öyrənmək heç vaxt gec deyil.

- İbn Sina


Divarı uçurmazdan əvvəl o tərəfdə səni nə gözlədiyini öyrən.


Bir insanın xarakteri onun kimlərlə oturub-durması, kitabsevərin xarakterini isə onun oxuduğu kitablar əsasında öyrənmək olar.

- Samuel Smayls


Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək.

- Fyodor Dostoyevski


Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən öyrənilməsi vacib olan şey, heç vaxt öyrədilmir

- Oskar Uayld


Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.

 - C. Robertson


Kamil insan üçün sevmək və öyrənmək həyatın əsas amalı və mənası olduğu halda, cahil üçün bu əylənmək, yemək və digər heyvani ehtiyaclar ola bilər.

- Səbuhi Quluzadə


Qız üçün ən gözəl cehiz ana-atadan öyrəndiyi tərbiyə və təcrübədir. 


Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.


  Çox təəssüf ki, bir çox insan necə yaşanacağını, ancaq ölüm vaxtı gələrkən  öyrənər. 

- Robin Şarma


İnsan öyrənmək, düşünmək və daha da önəmlisi sevmək üçün yaşasın gərək.

- Səbuhi Quluzadə


Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.

- Konstantin Uşinski 


Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. 

- Konfutsi


Böyük müəllimlər uşaqlara öyrənməyi öyrədirlər.


Istəyi olmadan  öyrənən şagird – qanadsız quşdur.

- Sədi 


Uşaqlar məktəbdə öyrənmək üçün deyil,qiymət almaq üçün oxuyurlar.

Nəticədə zehni çöp bilgiylə doldurulmuş 'savadlı' gənclər öyrəndiklərinin mində birini belə həyatda istifadə edə bilmir.

- Səbuhi Quluzadə 


Kim ki, elm öyrənib   tətbiq etmir, yeri əkib becərən, amma   məhsulundan istifadə etməyən   adama bənzəyir.    

- Nəvai


Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır. 

- Rene Dekart


Tarix olanı, elm mümkün olanı,   fəlsəfə olmalı olanı öyrənir.   

- Əbu Turxan


Elm Təbiət kitabını oxuyur   və öyrəndiklərini təbiətin öz üzərində   sınaqdan keçirir.    

-  Əbu Turxan


Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.

- Samuel Smayls


21-ci əsrin cahilləri oxuma-yazma bilməyənlər deyil, öyrənməyən, öyrəndiyi səhvlərdən imtina etməyən və yenidən öyrənməyənlər olacaq.

- Alvin Toffler 


Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi.

- Albert Şveyster 


Göydə quş kimi uçmağı, suda balıq   kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi   yaşamağı öyrənmək.

- Martin Lüther Kinq


İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin arxasındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır. 

- Semuel Teylor Kolric


Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.

- Ziqmund Freyd 


Bu qısa həyatda hələ öyrənəcəyimiz çox şey var...

- Anonim 

Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...