Ana içeriğe atla

Dostluq Haqqında Atalar Sözləri

Dost yolunda boran olar, qar olar.

Əsl dostu iki əlinizlə birdən tutun.

Eyibsiz dost axtaran, dostsuz qalar.
dostluq-haqqinda-atalar-sozleri-dostluga-aid-dost



Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.

Dost ol, vəfalı ol.

Dostun gözündə yox, könlündə ol.

Dost gəlişi bayram olar.

Dost min olar, candan dost olan bir.

Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.

Qanan düşmən qanmaz dostdan yaxşıdır.

Ağıllı düşmən nadan dostdan yaxşıdır.

Dost başa baxar, düşmən ayağa.

İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.

Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.

Yaxşı dostu yaman gündə sına.

Dost dosta yaman gündə gərəkdir.

Dost-düşmən qara gündə məlum olar.

Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.

Şeytanın dostluğu dar günlərə qədərdir.

Dost ziyankar olmaz, ziyankar da dost olmaz.

Nə dost kimi dostdur, nə düşmən kimi düşmən.

El malı ilə dost qazanılmaz.

İtlə dost ol, çomağını əlində saxla.

Hər şeyin təzəsi, dostun köhnəsi.

Köhnə dost iki yeni dostdan yaxşıdır.

Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
dostluga-aid-atalar-sozleri-dostluq-haqqinda-Atalar-sozu-dostlar.jpg

Dostluga Aid Atalar Sozleri


Yeməklə dost olan illərlə küsülü qalar.

Sirrini demə dostuna, dostunun da bir dostu var.

Sirr vermə dostuna, o da deyər dostuna.

Örtülü bazar dostluğu pozar.

Doğru dostluq qərəzsiz olar.

Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.

Dostunu mənə göstər, sənə kim olduğunu deyim.

dostunu-mene-goster-dostluq-haqqinda-atalar-sozleri

Dostluq Haqqında Atalar Sözləri


Dostunu mənə göstər deyim necə insansan.

Hər üzə gülənə dost deməzlər.

Dost üzdən bəlli olar, düşmən – gözdən.

Hər gördüyünü dost sanıb, sirrini açma.

Doğruluq dost qalasıdır.

dostluğa aid atalar sözləri,dostluqla bagli atalar sozleri dosta aid

Dostluq Haqqinda Atalar Sozleri



Özünə düşmən öz dostunu itirəndir.

Gərək soyuq günlərdə də, dost salsın dostu yada.

Dəvəçi ilə dost olanın, darvazası gen gərək.

Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?
atalar sozleri,dostluqla bagli atalar sozleri,dostluğa aid atalar sözləri yaxşı dost
Dostluq Haqqında Atalar Sözləri


Dostun versə qum, Al ovcunda yum!

Barıt ilə odun dostluğu olmaz.

Cahil özünə düşməndir, başqasına necə dost ola bilər?

Arxadan gələn düşmən, üzə gəlincə dost olar.

Dost yolunda əzaba düşənin el içində üzü ağ olar.

Dost min isə azdır, düşmən bir isə çoxdur.

Düşmənin bəlisindən dostun şilləsi yaxşıdır.

Düşməni yumşaqlıqla dost edən ağıllıdır.

Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa.

Düşmənə quyu qazıyınca, dosta ev tikərsən!

Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz.

Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu. - Özbək Atalar Sözü 
Dostluq Haqqında Atalar Sözləri

İkiüzlü adamdan dost olmaz.

Köhnə düşmən dost olmaz.

Dostluqla tutub, düşmənliklə yıxma.

Bu blogdaki popüler yayınlar

Sevgiyə Aid Sözlər, Sevgiyə Aid Statuslar

Hər yeni gün gözəldir.. Çünki içində SƏN varsan.. Sevgi bir od ki, yandırır ürəyi;  Sevgi bir göz ki, yox onun bəbəyi. -  Cəfər Cabbarlı Darıxmaq gəl deməkdir... Heç toxunmadığın birinə aşiq olmusansa, deməli sən həqiqi eşqi yaşamağa layiqsən. Mənə ürəyinlə gəl, bəhanələrlə deyil... Ulduzlar kimi parlayan insanlar tanıdım, hər biri göylərdə idi. Ancaq mən səni seçdim, yəni günəşi.  Və bir günəş üçün minlərlə ulduzdan vaz keçdim. Bəzən yağış olmaq, sevgidiyinin ürəyinə yağmaq istər insan.. Üzü gözəl olan deyil, ürəyi gözəl olan ürəyimə yol tapar. Sevgi bir uşaq tək sevməkdir...Saf və səmimi bir qəlblə... Məhəbbət insanın öz həyatının  bütün mənasını sevgilinin gözü ilə görməsidir.  - Sufi hikməti Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'. - Dostoyevski Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! - Nazım Hikmət Eşqdən başqa bir şey könlümə yaddır, Ömrümün ...

Ad Günü Təbrikləri, Ad Günü Mesajları

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, arzularına uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.. Ad gunu tebrikleri Yeni yaşında uğur və şans səninlə olsun,  xoş arzuların gerçək olsun, Ad günün mübarək olsun! Sən mənə Allahın bir lütfüsən. Nə yaxşı ki doğuldun... Nə yaxşı ki səni tanıdım... Nə yaxşı ki səni sevdim... Ad günün Mübarək Sevgilim... Bu yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayasan, bütün  gözəl arzularına çatasan ! Ad günün Mübarək Olsun! Həyatda bənzərsiz bir gözəlliyə sahib qəlbin var. Və ömrün də qəlbin kimi gözəl keçsin. Ad gününü təbrik edirəm. Ad Günü Şəkilləri, Ad günü üçün şəkillər Ad Günü təbrikləri Ad Günü Təbrikləri 2024, Ad Günü Mesajları Ad günü təbrikləri Tövsiyə ⮞ Ad Günü Şəkilləri [Yazılı]  Happy Birthday!Arzu edirəm ki,yeni yaşında xoşbəxtliyin ən gözəlini yaşayasan,uğur həmişə səninlə olsun,həmişə belə gülərüz,gözəl qalasan.Həyatın boyu bir qızıl balıq kimi arzular dənizinin ən d...

Sevgi Haqqında Sözlər,Sevgiyə Aid Sözlər

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir. - Lev Tolstoy Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır.  - Qotfrid Leybnits Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. - Can Yücəl Sevmək bir başqasının həyatını yaşamaqdır. - Balzak Sevgi hər gün vurulmaqdı eyni qadına! - A. Yenisey Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə deyil, qəlbə toxunmalısan.  -Bob Marli Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir...  -Şəms Təbrizi Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, "özünü tapmaqdır". - Dostoyevski İnsan düşünmək, öyrənmək və daha da önəmlisi sevmək üçün dünyaya gəlmişdir. İnsanların sevgiyə olan ehtiyacı təbiətin günəşə olan ehtiyacı qədərdir. Əgər birini həqiqətən sevirsənsə, haraya getsən belə ond...