Ayrılmayaq şeiri Xəyalın yanımda, sən uzaqdasan, Hicranın yolları ömür qədərdir. Bu yalqız axşamda yuvama baxsan, Mənəm, xəyalındır, bir də kədərdir. Gəl ört pəncərəni, qalaq üz-üzə Bir sən ol, bir də mən, bir də gözlərin Vüsal qərq olurkən hicran dənizə, Ağ bir yelkən olsun o son sözlərin. Bir sən ol, bir də mən, bir də dərdimiz Ağlayaq doyunca gülək doyunca, Baş-başa qaldıqca bu möhnətdə biz, Döysün qapıları külək doyunca Döysün, qoy açmayaq yorulsun külək, Qəmli hicran qalsın qapıda dustaq. Bir az vüsalınla çırpınsın ürək, Sonra… Sonra yenə biz ayrılmayaq… Mü ə llif: Rəsul Rza. Ayr ı ld ı q ş eiri Ayr ı ld ı q, sur ə tin itdi gözümd ə n, Sand ı m, sif ə tini unutmu ş am m ə n. Bilmir ə m bu n ə sirr, yax ı n- uzaqdan, S ə sin qula ğı ma anbaan g ə lir. Fikrim ə g ə lmirs ə sur ə tin bir an, S ə sin qula ğı ma b ə s hardan g ə lir? Y ığı ram bir yer ə b ə z ə n fikrimi, Sif ə tin yad ı ma çox ç ə tin g ə lir. S...