Ana içeriğe atla

Kayıtlar

Aralık, 2022 tarihine ait yayınlar gösteriliyor

31 Dekabr Həmrəylik gününə aid şeirlər

31 Dekabr Həmrəylik Gününə həsr olunmuş bir-birindən gözəl 9 şeir Həmrəylik gününə aid şeirlər “Birləşək” şeiri Birləşək! Dünyada güclər birləşib, Qalalar birləşib, bürclər birləşib. Birləşib dünyada dili ayrılar, Torpağı ayrılar, eli ayrılar. Alıblar dünyadan öz haqlarını Behişt eləyiblər torpaqlarını. Birləşsin bizim də məskənlərimiz! Qalaya çevrilsin ürəklərimiz! Birləşsin ən güclü qollar, qələmlər! İrəli atılan dəmir qədəmlər! Birləşsin birləşib qala bilənlər, Birləşsin birlikdə ola bilənlər! Çaylar birləşəndə dənizə dönür! Dənizlər düşmənə qorxunc görünür! Dənizi içməklə qurtarmaq olmaz, Dənizi ölümlə qorxutmaq olmaz! Birləşmək hər yerdə iti silahdır, Bütün haqlılara böyük pənahdır. Birlik günəş dolu dirilik yolu, Xalqın haqq yoludur bu birlik yolu! Müəllif:Söhrab Tahir.