Sevgi sönməz atəşdi. Sevən sevəni tapar. Ağac kölgəsiz оlmaz, insan sevgisiz. Dəniz dalğasız, könül sevdasız olmaz. Dənizdə balıq sevdasız olmaz. Sevgi od deyil, amma oddan yamandı. Sevgi adamı yandırar. Sevən ürək, daim gəncdir. Yaxşılıq açan qapıya, sevgi qonar. Göz gördüyünü sevər. Göz görməsə, könül sevməz. Göz sevəni könül də sevər. Könül sevən göyçək olar. Gec-gec görünən tez sevilər. Gözəl gözəl deyil, könül sevən gözəldi. Oğlum kimi sevsə, gəlinim oldur. Sevəni sevənə ver. Oğlunu sevən gəlnin sevər, qızını sevən kürəkənini. Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. Öz anasını sevən, özgə anasını söyməz. Uşaqları sevməyən heç kəsi sevməz. Sevgini və kasıblığı gizlətmək çətindir. Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni sevməyəni, şah ola, şahbaz ola. Qonaq sevənin süfrəsi boş qalmaz. Sevənin quluyam, sevməyənin sultanı. Təkəbbürlük eyləyəni Tanrı sevməz. Bir yürəkdə iki sevgi olmaz. İki sevgi bir könüldə olmaz. P...