Ana içeriğe atla

Kayıtlar

Eylül, 2022 tarihine ait yayınlar gösteriliyor

Mənalı sözlər

  Həyat Haqqında Mənalı Sözlər Həyat sevməyi, sevgi layiq olmağı, dostluq sadiq qalmağı bilənlər üçündür..   Yaxşı qərarlar təcrübə sayəsində, təcrübə isə pis qərarlardan sonra əldə edilir. Mənim ən ağıllı rəhbərim qəlbimdir. -Honore de Balzac Ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır.- Albert Eynşteyn Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət Heç bir zəfərə çiçəkli yollarla gedilməz. - Jan de Lafonten Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. - Louis Stevenson Analar, hər şeyi görməsələr belə ürəkləriylə eşidərlər.  Mənalı Sözlər 2025 Mənalı Sözlər 2024 Hər gün Allahın sənə baxş etdiyi yeni bir hədiyyədir. Qədrini bil! Dərd sizi daha güclü, qorxu daha cəsur, qırıq qəlb isə daha kamil edər. Xatirələr yaşlanan beyinlərin söykəndikləri əsadır. - Cənab Şəhabəddin Xəyal gücü olmayan insanların qanadları yoxdur. - Məhəmməd Əli Gözlərin ən gözəli, bəzən ən yalançılarıdır. Göz yaşları iztirabın səssiz təzahürüdür. - Volte...

Payız haqqında şeirlər | Payız şeirləri

   Payız şeiri  Payız gəlib, küləklər Gəzir yenə bağları. Hər tərəfə sovurur Saralmış yarpaqları. Axıb gedir buludlar Yenə də karvan-karvan. Dərələri, dağları, Bürüyür çiskin, duman. Mərcan kimi qızarmış Moruqlar parıldayır. Ağaclarda qarğalar Səs salıb qarıldayır... Yağır güclü yağışlar, Günlərcə vermir ara. Almaz kimi şeh düşür Bağçalara, bağlara. Müəllif: Mirmehdi Seyidzadə   “Payızın səyahəti” şeiri Payız gəldi, quşlar köçdü, Qalın meşə qaldı çılpaq. Payız yeli heyvanlara Xəbər verdi: – Yağacaq qar! Çəpgöz ayı, yumru kirpi, Yanlarında qara böcək Dedilər ki, qış gəlməmiş, Yuvalara enək gərək. Müəllif: Mirvarid Dilbazi. Qızıl Payız şeiri Yenə gəldi qızıl payız Hər tərəfə yağdı yağış Quşlar köçdü isti yerə Əsdi külək birdən-birə Yenə gəldi qızıl payız Çaxdı şimşək,qopdu tufan Yağış yağdı buludlardan uzaq qaldıq durnalardan. Yenə gəldi qızıl payız fərqi yoxdur oğlan ya qız hər kəs gedir məktəblərə elm, bilik öyrənməyə Yenə gəldi qızıl payız bitdi artıq qızmar hava nu...

Bəxtiyar Vahabzadə Şeirləri

  Mənim anam şeiri-  Bəxtiyar Vahabzadə. Savadsızdır, adını da yaza bilmir  Mənim anam... Ancaq mənə say öyrədib, Ay öyrədib, il öyrədib; Ən vacibi, dil öyrədib  Mənim anam... Bu dil ilə tanımışam  Həm sevinci, kəm də qəmi... Bu dil ilə yaratmışam  Hər şeirimi, hər nəğməmi Yox, mən heçəm, mən yalanam,  Kitab-kitab sözlərimin  Müəllifi - mənim anam!.. Yaşamaq eşqi070 Hər gün artır saçımda Təzə qırov, təzə dən. Yaşamaq istəyirəm Gəncliyimi təzədən. Həyat necə gözəldir, Həyat necə şirindir, Ömür, mənim deyil ki, Ömür, diləklərindir... Ey qanadlı fikirlər, Ey qanadlı xəyallar, Hələ mənim sabaha Neçə - neçə sözüm var. Ürəyimdən keçəni Duya bilər kim mənim? Yaşadıqca çoxalır Yaşamaq eşqim mənim! Kitab Kitab böyük müəllimdir, Sinəsində min aləm var. O səni bir insan kimi Gah güldürər, gah ağladar. Dili yoxdur, o danışır, Hər bir şeydən xəbər verir. Ata kimi sənə bəzən Kitab doğru yol göstərir. Bu dünyanın hər sirrini Bizə deyir bu kitablar. Ömrümüzün yol...

Duyğusal Sözlər, Duyğusal Statuslar

Ən böyük xəyalı böyümək olan özüm üçün darıxmışam.. Cibimdə yoxuydu! Ürəyimdən verdim. Artıq ağlıma belə gəlmirsən. O qədər qəlbimdəsən ki. Dənizə ilk dəfə girən uşaq saflığı ilə sevirəm səni. Boğulacağammış kimi. Kimin üçünsə darıxmaq kədərli hisslərdən ən gözəlidir. Zaman qısa, yol uzun, mənsə yorğun.. Sonra Sən çıxdın qarşıma və anladım ki, Tanrı edilən yaxşılıqların qarşılığını yalnız Cənnətə saxlamır.. Ürək yorulduqda, tər gözdən axar. Qəlb qırmaq günahdır, biz də günaha batmamaq üçün qırılmağı seçdik.. Bəzən elə biri gələr ki, bütün gedənlərə təşəkkür edərsən. Bir insan ancaq dəyərini bilənin yanında xoşbəxtdir. Həyatda pul ilə ala bilməyəcəyin ən dəyərli şey, sənin dərdinin öz dərdi kimi görən dostdur. İçdən qırılmaq incə bir hissdir. Onu ancaq ürəyi olanlar duyar.. Bəzi insanlar dua kimidir: görünməz , amma toxunar sənə, duyulmaz, amma buraxmaz səni. Ürəyə kədər və həsrət düşərsə, dilə də səbr və dua düşər. İllər sonra öyrəndim ki, qışqırıb-bağırmağa ehtiyac yoxdur. Səni duymaq...

Mənalı Whatsapp Statusları

Mənalı whatsapp statusları Sən Allah'a güvən heç gözləmədiyin anda çiçək açar bütün ümidlər. Yaxşı insan ol, amma bunu sübut etmək üçün vaxt itirmə. Mənalı Whatsapp Statusları  Siz ümidinizə güc verin...Ümidiniz də sizə güc verəcəkdir. Paxıllıq edən insanlara nifrət etmək lazım deyil, çünki onlar boyunlarına alırlar ki, sən daha yaxşısan. Mən həmişə var idim, siz işiniz düşəndə axtardınız..! Yaxşını axtar, doğrunu axtar, gözəli axtar. Amma; qüsur axtarma…!!! Yaxşılıq toxumu səp, bir gün sevgi olaraq geri qayıdar. Güvən ruh kimidir, tərk etdiyi bədənə əsla qeri dönməz. İçindəki uşağı qoru. Gözəlliklər onda gizlidir.. Menali whatsapp statuslari  Söz verməyin, güvən verin ki, söz vermənizə ehtiyac qalmasın. İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər. Səbəbsiz gedənlərə üzülmə, çünki çürük olan meyvə ağacdan tez düşər… Ya bütün şairler ‘seni’ sevmiş, ya da ben her mısrada ‘seni’ buluyorum. Ağlın və qəlbin sözü bir olduqda, bütün y...

Uşaq Şeirləri | Uşaqlar üçün şeirlər

Abdulla Şaiq. “Təmizlik” Səhər durunca, Əlimdə firça, Sildim dişimi, Bildim işimi. İnanmırsan bax, Dişim ağappaq. Üstüm tərtəmiz, Bax, beləyik biz. Solmaz Şirin. "Məstan pişiyim"   Özüm kimi körpədir Mənim Məstan pişiyim. Yedirdirəm doyunca Həm çəkirəm keşiyin. Beli ala-buladır, Sinəsi ağ qar kimi. Gəzir həyət-bacanı Mənimlə səyyar kimi. Hər nə desəm, anlayır, Gəl deyəndə tez gəlir. Harda yumşaq yer görsə, Xumarlanır, dincəlir. Çox sevir o özünü – Təmizləyir, yalayır. Ətrafımda fırlanıb Quyruğunu bulayır. E.Mehdiyev. “Meyvələr” Bizim qəşəng uşaqlar Gərək yesin heyva, nar, Püstə, badam, şaftalı, Armud, ərik, albalı, Əncir, limon, portağal, Əzgil, böyürtkən, zoğal, Alça, gilas, gilənar. Bu dadlı meyvələrin Uşaqlara xeyri var. Abdulla Şaiq. "Arı" Arıyam, zəhmətkeşəm, Bal, mum çəkməkdir peşəm. Səhər güllər açınca, Gözəl qoxu saçınca Uçaram göy yamaca, Çiçək açmış ağaca, Ya çəmənə, meşəyə, Qonaram hər çiçəyə; Şirəsini çəkərəm, Pətəyimə tökərəm Çalışaram doqquz ay, Hamı m...