Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2022 tarihine ait yayınlar gösteriliyor

Çarli Çaplin Sözləri və Aforizmləri

  Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz. Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözə baxandılar. Məni anladıqları üçün, səni anlamadıqları üçün alqışlayırlar.(Albert Eynşteynə söylədiyi söz) "Niyə də olmasın? Nə də olsa öz malıdır." (Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq.) Gün sonunda etmədiklərinlə deyil etdiklərinlə mühakimə olunarsan. Yağışda yeriməyi sevmişəm həmişə,heç kim ağladığımı görə bilmir deyə... Qadın istənilən milyarder kişini milyonçu edə bilər. Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir... Məqsədiniz ziyan verməkdirsə, gücə ehtiyacınız vardır. Digər hər şey üçün sevgi yetər.. İnsanlar sizə lağ etmək üçün hər vaxt bir çatışmayan nöqtənizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq. Bunun üçün doğru bildiyiniz şəkildə yaşayın və ürəyi...

Bob Marli Sözləri və Aforizmləri

  Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA. Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir. Pul həyatı ala bilməz. Sevgilin ola biləcək bir çox insan ola bilər; amma unutma ki, sevdiyin ola biləcək insan bir dənədir. Bəzən elə gülüşlər vardır ki, ən böyük ağrıları gizləmək üçündür. Bəlkə də haqlısan.. Sıfırın gücü yoxdur; amma unutma ki, sıfırın itirəcək bir şeyi də yoxdur! Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur. Gözəl danışmaq üçün tək bir yol vardır; dinləmək. Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər. Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar. Xoşbəxt olmaq istəyirsən? Onda heç kimdən heç nə gözləmə. Əslində tək problemimiz; hələ onunla tanış olalı bir neçə gün olmuşkən ona 'səni sevirəm' deyə bilməmizdir. - Bob Marli Bəlkə də əvvəlcə səhv insanlarla tanış ...

Şeirlərdən Misralar

    Hamının üzü içindədir şeiri | Cabir Novruz.   Sifətlərə inanmayın, Hamının üzü içindədir. Gözlərə çox aldanmayın, Gözlərin gözü içdədir...   Bir İnsan axtarıram şeiri | Bəhmən Vətənoğlu   Məni anlaya bilən, Bir insan axtarıram. Yerdən əlim üzülüb, Asiman axtarıram. Qəlbimi qana bilən, Bir insan axtarıram!     DÜNYA ŞEİRİ şeiri   | Səməd Vurğun   Ulduzlar havanın bağrını dəlir, Qayalı dağlardan duman yüksəlir, Xəyalım gecəni salama gəlir, Çapdırır atını birbaşa dünya.     Yavaş-yavaş sevdim səni şeiri   | Ramiz Rövşən   Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim.     Niyə getdin? Niyə döndün? Niyə baxdın? |   H üseyn Cavid   Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?   Qayıt şeiri | Əli Kərim Qayıt, ye...

Ayrılıq Sözləri, Ayrılıq statusları

 Sənə vaxt ayırmayan, səni düşünməyən və anlamayan insanlara yön yox, yol verməlisən.  Getdinmi, böyük gedəcəksən. ayrılıq belə qürur duyacaq səninlə . ayriliq sozleri menali Həyatımdan getməyi seçənlər üçün gəliş səfərləri sonsuza qədər ləğv edilmişdir... Gələcəyəm, gözlə dedi, və getdi. Mən gözlədim, o isə gəlmədi. Ölüm kimi bir şey oldu. Amma heç kim ölmədi! Hələ  də tərk etdiyin yerdəyəm, amma tərk etdiyin o adam deyiləm! Ürəyimdə yerini, gözlərimdə dəyərini itirən insan yoluna baxsın..SALAMAT! Mən gedərkən ən çox səni apardım.   Ayrılıq statusları mənalı ayrılıq sözləri Yorula yorula öyrəşirəm yoxluğuna.. Qadınlar yavaş-yavaş unudar. Öncə yaradan başlar, sonra yarandan açandan! Mənim son dediyim yerdən, bəziləri ilk deyə başlayar! Ya qal, ya da get. Amma əsla "gözlə məni"  deyib də  boşuna ümid vermə. Sən susaraq getdin. Məndə isə, bir xəyalın qaldı, bir də kiçik xatirələr.. Ayrılıq statusları menali  Qadınlar susaraq gedər. Əgər bir qadın şi...

İngiliscə Sevgi Sözləri

  Love is like the wind, you can't see it but you can feel it. (Sevgi rüzgara bənzər - onu görməsəniz belə hiss edərsiniz.) If I know what love is, it is because of you. (Əgər sevginin nə olduğunu bilirəmsə, bu sənin sayəndədir.) Loving you was one of the best decisions of my life. (Səni sevmək həyatımın ən yaxşı qərarıdır ) Loving you is like breathing. How can I stop? (Səni sevmək nəfəs almaq kimidir - buna necə əngəl olum ki?) True love stories never have endings. - Richard Bach (Gerçək sevgi hekayələri əsla bitməz.) My first thought in the morning is always you. (Hər səhər düşündüyüm ilk şey həmişə sənsən.) You are the first and last thing on my mind each and everyday. (Hər gün ağlına gələn ilk və son şey məhz Sənsən.) Distance is nothing when love is real. (Məsafələr heç nədir, əgər sevgi gerçəkdirsə.) The best couple - one that starts with friendship. (Ən yaxşı cütlük dostluqla başlar..) I like hearing the words, "I miss you." (Sanki, səndən bu sö...

Albert Eynşteyn Sözləri

=   İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər. Sual verməyə əsla son qoymayın. Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib. Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır. Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil. Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır. Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır. Arzulamaq bilməkdən daha əhəmiyyətlidir. Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur. Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil. Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək. Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar. Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçü...

Mikayıl Müşviq şeirləri - Ən gözəl 6 şeiri

Mündəricat:  Sevgilər şeiri Ana şeiri Məni gözəl xatırla... Rəssam şeiri Yenə o bağ olaydı şeiri Həyat sevgisi şeiri   Sevgilər şeiri Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.   Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.   Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. Ana şeiri Ana dedim, ürəyimə yanar odlar saçıldı,  Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda.   Ana, ana!...

Nüsrət Kəsəmənli Sevgi Şeirləri

  YARI MƏNDƏ, YARI SƏNDƏ ŞEİRİ İkimizdə bir ürək var.  Yarı məndə, yarı səndə.  Sevgi adlı bir ağacıq,  Budaq məndə, narı səndə.  Çiçək ətri gül üzündə,  Min məna var hər sözündə.  Bir buluduq göy üzündə  Yağış məndə, dolu səndə.  Bir ovçuyam, günüm ovda  Qaçhaqaçda, qovhaqovda,  Eşqimiz bir şirin sevda  Pətək səndə, balı məndə... Müəllif: Nüsrət Kəsəmənli NEYLƏYİM? ŞEİRİ Bu təbəssüm bir çiçəyin izidi,  Ala gözün bulaqların gözüdü,  Ürəyimdə məhəbbətin özüdü,  Ürəyimlə bacarmıram, neyləyim?  Hər eyhamın bir tilsimə açardı,  Dil bilsəydi daş da könül açardı.  Ağlım səndən uzaqlaşar, qaçardı,  Ürəyimlə bacarmıram, neyləyim?  Bu ülfətin sonu hicran deyil ki,  Dilim tutmur istəyimi deyim ki.  Sənə gələn yollarımı əyimmi?  Ürəyimlə bacarmıram neyləyim?  Müəllif: Nüsrət Kəsəmənli Gözləyirəm Şeiri Hər dəqiqəm il olur,  Sən gəlirsən, hər ləpirin gül olur.  Qəlbim yen...