Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. -Aliya İzzetbeqoviç Dövlətin əsası ədalətdir. - Ömər ibn əl- Xəttab Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. - Aleksandr Hamilton Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. - Demosfen Dövlət ədalət üzərində qurulur. - Qanuni Sultan Süleyman Qanunlar - dövlətlərin hökmdarlarıdır. - Alkimdamant Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır. - Aristotel İnsanı yaşat ki, dövlət də yaşasın. - Şeyx Ədəbalı Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. -Platon Dövlət Vətəni təcəssüm etdirəndə vətəndaşla Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır. - Əbu Turxan Xalq dövlət üçün yox, dövlət xalq üçün olma...