Ana olmasa nə şair olar, nə qəhrəman. Dünyada insan olmaq ən şərəfli vəzifədir. Sevgi, yaşamaq istəyidir. Uşaqlar torpağın canlı çiçəkləridir. Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar. Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir. Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır. Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir! Bütün həyatım boyu yalnız işləməyi sevən və bacaran adamları qəhrəman gördüm. Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir. Namuslu adam heç kəsə paxıllıq etmir. Hər ürək öz nəğməsini söylər. Elə hislər, fikirlər, təxminlər var ki, onları sevdiyin qadından başqa heç kimə danışa bilmərsən. Namuslu nişanlar üçün, yaşamaq daha çətin, ölmək daha asan olur. Ən xırda şeylərdə belə dürüst olmaq lazımdır. Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcə...