Bütün insani dəyərlərin təməli əxlaqdır. - Albert Eynşteyn Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. Mən bu istək aləmində əxlaqdan daha yaxşı bir şey görmədim. - Mövlana Cəlaləddin Rumi Əxlaq bütün qanunlardan alidir. - Samuel Smayls Ən yaxşı dost yaxşı əxlaqdır. - Hz. Əli Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç nə verməz. - Avreli Avqustin Ədalətin olmadığı yerdə əxlaq da yoxdur. - Mişel de Monten Bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır. - Epiktet Ən yaxşı əxlaq məktəbi ailədir. - Samuel Smayls Əxlaq Haqqında Aforizmlər, İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. Ən dəyərli üstünlük əxlaqdır! Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. Məni iki şey heyran edir və düşündürür: başım üzərindəki ulduzlu səma və daxilimdəki əxlaq qanunu. - İmmanuel Kant Sahib olduğumuz əxlaqi dəyərlər və qüsurlar bizim ayrılmaz bi...