ŞƏHİD ŞEİRİ Müəllif: Leyla Mətin Gör nələr sığdırdın bir nakam ömrə, Hər kəsin yadında şən qala bildin Güllələr susduran gülüşünlə sən, Hər kəsin könlündə kök sala bildin. Nur üzlü şəhidim, rahat uyu, yat Vətənin azaddır, torpağın azad Qanınla yağıdan təmizlədiyin Basmaz torpağına bir də yad ayaq. ŞƏHİDİM Şeiri Müəllif: Balayar Sadiq Adın dalğalanır Vətən boyunca, Bir ovuc torpagın gözləri gülür. O qızın gözündən məzarın üstə. Köynəyi islanmış Zəfər tökülür. … Torpağın alnında möhür yeridir, Şəhid imzasını daşıyan məzar. Ayaq altda qoyub bir igid ömrün, Vətəni çiynində daşıyan məzar... ...