Dost dosta arxa olar. Dost dostun aynasıdır. Dostunu mənə de, deyim sən kimsən. Dost dostun sağlığın istər. Dost ağlar, düşmən gülər. Dost min olar, candan dost olan bir. Dostluq həyat vəsiqəsidir. Dostun yoxsa axtar, tapdın – qoru. Dost gəlişi bayram olar. Dost arası sözsüz olmaz. Doğru söz dostluğu pozar. Dost dostun eyibini üzünə deyər. Dostluq düzlükdədir. Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax. Dostunun dostu sənin də dostundur. Dost dar gündə tanınar. Dostluğa Aid Atalar Sözləri Dost yolunda boran olar, qar olar. Dostla dağı tez aşmaq olar. Dostluğa dağlar da, dənizlər də mane ola bilməz. Dostluq həmişə qalib gələr. Dostluğa min adam azdır, düşmənliyə bir adam çox. Dostsuz insan – qanadsız quş. Dostun versə qum, sən onu ovcunda yum. Dosta borc pul vermə, hər ikisi əldən gedər. Dostunu ağladıb, düşmənini güldürmə. Dost zülümkar olmaz, ziyankarlardan dost olmaz. Dost sirrini dost bilir. Dost üzdən bəlli olar, dü...