Mündəricat : 1.Sevgilər - Mikayıl Müşviq 2. Darıxıram - Rüfət Sabirli 3. Yaxşı bilirəm ki, mükafatımsan - Anna Axmatove 4. Küsmərəm - Mikayıl Müşviq 5.Sən xoşbəxt,mən xoşbəxt,gəl deyib-gülək!- Eltun Zahidoğlu 6. Sevgilim - Aysel Əhmədova 7. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi - Nizami Gəncəvi 8. Sən demə təzədən sevmək olarmış - Nüsrət Kəsəmənli 9. Ürək - Bəxtiyar Vahabzadə Sevgilər Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsin...